Məhsullar

Azərbaycanın əlverişli iqlim şəraitinin olması müasir istixanaların inkişafına təkan vermiş və bu sahədə istixana örtüklərinə artan tələblərin qarşılanmasına ehtiyac yaranmışdır. Qeyd olunan tələbləri qarşılamaq məqsədi ilə, bu sahədə dünyada son texnologiya və standartları nəzərə alaraq biz GREENPLAST MMC olaraq, 2019-cu ildən etibarən polietilen istixana örtüklərini Azərbaycan və xarici bazarlara təqdim edirik. GREENPLAST olaraq bizim məhsullar polietilen istehsalı texnologiyasında dünya birincilərindən olan İtaliyanın BANDERA avadanlıqlarında istehsal olunur. Təklif etdiyimiz müasir istixana örtükləri bu günün ən yeni 5-qatlı ekstruziya texnologiyası ilə istehsal olunur. Qeyd etmək lazımdır ki, GREENPLAST olaraq biz MDB və yaxın Şərq bölgəsində 5-qatlı polietilen örtüklərini istehsal edən ilk və yeganə müəssisəyik.

Yeni məqalələrə, xəbərlərə ABUNƏ OLUN!

Green Plast © 2020 Bütün hüquqlar qorunur.

Veb saytı hazırlayan One Studio