Haqqımızda

Bu gün həyatımızın bütün sahələrinə dərindən nüfuz edən texnologiyalar son nəticədə məhsul bolluğuna ciddi təkan verir. Bu proses kənd təsərüffatı məhsulları istehsalından, o cümlədən istixana təsərrüfatlarından da yan keçməmişdir. Azərbaycanın əlverişli iqlim şəraitinin olması müasir istixanaların inkişafına təkan vermiş və bu sahədə istixana örtüklərinə artan tələblərin qarşılanmasına ehtiyac yaranmışdır. Qeyd olunan tələbləri qarşılamaq məqsədi ilə, bu sahədə dünyada son texnologiya və standartları nəzərə alaraq biz GREENPLAST MMC olaraq, 2019-cu ildən etibarən polietilen istixana örtüklərini Azərbaycan və xarici bazarlara təqdim edirik.

GREENPLAST olaraq bizim məhsullar  polietilen istehsalı texnologiyasında dünya birincilərindən olan İtaliyanın BANDERA avadanlıqlarında istehsal olunur. Təklif etdiyimiz müasir istixana örtükləri bu günün ən yeni  5-qatlı ekstruziya texnologiyası ilə istehsal olunur. Qeyd etmək lazımdır ki, GREENPLAST olaraq biz MDB və yaxın Şərq bölgəsində 5-qatlı polietilen örtüklərini istehsal edən ilk və yeganə müəssisəyik.

Hədəf və Məqsədimiz

  • Müasir tələblərə cavab verən istixana örtüklərini istehsal etmək və müştərilərimizə keyfiyyət üstünlüyünü təmin etmək. 
  • Keyfiyyət və qiymət balansını qoruyaraq istixana örtükləri sahəsində lider olmaq. 
  • Made in Azerbaijan adında məhsullarımızı xarici bazarlarda tanıdmaq və davmlı ixracı inkişaf   etdirmək. 
  • 2021-ci il üçün istehsal gücünün 100% istifadə etmək və istehsalın 80%-ni ixrac etmək.

Missiyamız

  • İstixana təsərrüfatlarına müasir istixana örtüklərini təqdim etməkklə məhsuldarlıqın artmasına, enerji sərfiyyatının qənaətinə, ekolojı balansının qorunmasına tövhə vermək;
  • Azərbaycanda son texnologiyaların tədbiq olunması ilə müasir, innovativ və mürəkkəb məhsulları istehsal etmək bacarığını dünyaya göstərmək və ölkənin bu istiqamətdə imicini artırmaq;
  • Daxili və xarici partnyorluq əlaqələrini genişləndirərək uzunmüddətli və gəlirli biznes olmasını təmin etmək.
  • Fermerlərin əkincilik sahəsində tələblərinə uygun olaraq  yüksək keyfiyyətli istixana örtükləri ilə təchiz etmək və bu sahədə daim onlara dəstək olmaqdır.

Bizi fərqləndirən nədir?

  • Yeni texnoligiya əsasında istehsal etdiyimiz 5qat polietilen örtüklərinin hər qatında gücləndirici təbəqə olduqdan məhsullarımız digər polietilen örtüklərlə müqayisədə 30% daha da DAVAMLIDIR;
  • İnnovativ texnologiyaların tədbiqi imkan verir ki, hər cür iqlim şəraitinə uyğun məhsul istehsal etmək;
  • İstixana sahiblərinin xərclərinə qənaət etmək. Çünki bizim məhsulları seçməklə Siz əlavə üstünlüklər əldə edirsiz, buda öz növbəsində  enerjiyə qənaət və məhsuldarlığın artımına səbəb olur;
  • Uzunömürlülük.  UV stabilizator və EVA, İR  komponentlərinin istifadəsi ilə mexaniki zərbəyə, küləyə və soyuqa davamlılıq göstəriciləri artaraq istifadəsi 1 ildən 5 ilədək seçimdə təklif olunur. 

SERTİFİKATLAR

  • Haqqımızda

    ISO 9001:2015

    2019
  • Haqqımızda

    ISO 9001:2015

    2019
  • Haqqımızda

    ISO 9001:2015

    2019
  • Haqqımızda

    Uyğunluq sertifikatı

    2019

Yeni məqalələrə, xəbərlərə ABUNƏ OLUN!

Green Plast © 2020 Bütün hüquqlar qorunur.

Veb saytı hazırlayan One Studio